Bu lövhə sizi də çaş-baş sala bilər - Sürücülərin DİQQƏTİNƏ - VİDEO

Bu lövhə sizi də çaş-baş sala bilər - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
21:17 11 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Formula 1 yarışları ilə bağlı alternativ yolları göstərən yol lövhəsi vaxtından əvvəl qoyulub və üzəri örtülmədiyinə görə sürücüləri çaş-baş salır. Maraqlı mənzərə Xətai rayonu ərazisində Nobel prospektində qeydə alınıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  Formula 1 yarışlarına az müddət qalmış paytaxtda nəqliyyatın hərəkətini tənzimləyən yeni lövhələr qoyulur. Ancaq Xətai rayonunun Nobel prospektində vaxtından əvvəl qoyulan bu nişan sürücülərə kömək etməkdən çox çətinlik yaradır.
Məsələ ilə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Vaqif Əsədov "XəzərXəbər"ə bildirdi ki, formula 1 yarışı ilə bağlı qoyulan bu nişanlar yarışın baş tutduğu bütün trayektoriyalarda qoyulub və bu nişanların təsir müddəti iyunun 19-dan-26-dəkdir. Buna görə də sürücülər həmin nişanları görən zaman çaşqınlıq yaşamasınlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR