Azərbaycan, Rusiya və İran Vahid Elektrik Energetikası kəmərinin yaradılması üzərində işləyir

Azərbaycan, Rusiya və İran Vahid Elektrik Energetikası kəmərinin yaradılması üzərində işləyir
22:02 11 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 iyun. REPORT.AZ/ Rusiya, Azərbaycan və İran Vahid Elektrik Energetikası kəmərinin yaradılması üzrə birgə iş aparır.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
Azərbaycan ilə Rusiya arasında energetika sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edən Aleksandr Novak bildirib:
“Biz əməkdaşlığımızın səviyyəsini yüksək qiymətləndiririk. Energetika sahəsində, o cümlədən qonşu ölkələrlə qarşılıqlı münasibətlərin inkişafı, eləcə də, elektroenergetikada, Azərbaycan və İranla Vahid Elektrik Energetikası kəmərinin yaradılması üzrə bir yerdə işləyirik. Bununla yanaşı, bizim neft şirkətlərimiz Azərbaycanda neft yataqlarının işlənməsində iştirak edirlər. Biz, həmçinin OPEC-ə daxil olmayan ölkələr arasında neft bazarının tarazlaşdırılması üzrə razılaşmanı bir yerdə reallaşdırırıq və Azərbaycan burada əsas yerlərdən birini tutur. Bundan başqa, qaz sahəsində əməkdaşlığı davam etdiririk. Hesab edirəm ki, bu, ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın perspektivli istiqamətlərindən biridir. Uzun illər SOCAR-ın prezidenti, sonralar sənaye və energetika, son illər isə energetika naziri vəzifəsində çalışan Natiq Əliyev də bu sahədə mühüm xidmətlər göstərib”.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycan-rusiya-ve-i-ran-vahid-elektrik-energetikasi-kemerinin-yaradilmasi-uzerinde-isleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR