"Zirə" Kamerun klubunu "İnter"ə dəyişdi

"Zirə" Kamerun klubunu "İnter"ə dəyişdi
22:37 11 İyun 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

“Zirə”nin Boludakı təlim-məşq toplanışı davam edir. Fanat.Az xəbər verir ki, “qartallar” bu gün iki dəfə məşqə çıxıb.

 

Baş məşqçi Ayxan Abbasov 10 günlük toplanışda taktiki-texniki hazırlığa üstünlük verəcək.

 

“Zirə”nin yoxlama oyunlarının vaxtları və rəqiblər də tam dəqiqləşib.

 

İyunun 13-də keçiriləcək oyun 17-30-da başlayacaq matçda rəqib əvvəldən deyildiyi kimi Kamerunun “Columbe Sportive” klubu yox, Bakı “İnter”i olacaq.

 

Afrikalılarla isə “qartallar” iyunun 17-də üz-üzə gələcək. Bu qarşılaşma saat 17-00-da başlayacaq.

 

İyunun 20-də keçiriləcək Rumıniya təmsilçisi “Vitorul”la oyun isə saat 17-00-da başlayacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotzirquot-kamerun-klubunu-quotnterquot-dyidi-t58647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR