Haram aylar və 3 ay hansı aylardır?

Haram aylar və 3 ay hansı aylardır?
22:52 11 İyun 2017
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Xalq arasında üç ay kimi bilinən aylarla Qurani-Kərimdəki haram aylar arasında fərq var. Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb aylarında müharibə etmək qadağan olduğuna görə bu aylar haram aylar - əl-əşhurul-hurum adlandırılıb.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, cahiliyyə dövründə Ərəblər arasında daxili çəkişmə müharibələr səngimək bilmirdi. Ancaq haram aylarda müharibə edilmirdi. Bu aylarda yarmarkalar qurulur, şeir müsabiqələri təşkil olunur, yəhudi, xristian və bütpərəstlər öz dinlərini təbliğ edirdilər. Ramazan ayına gəlincə, bu ay haram aylardan deyil. Qurani-Kərimdə haram aylar haqqında Tövbə surəsində danışılır:

"Göylər və yeri yaratdığı gündəki yazısına əsasən Allah yanında ayların sayı on ikidir. Bunlardan dördü haram ay(lar)dır. Budur, doğru din budur! O aylarda (qoyulmuş qadağaya məhəl qoymayaraq) özünüzə zülm etməyin və Allaha şərik qoşanlar hamısı birlikdə sizinlə necə savaşırlarsa, siz də onlarla hamınız birlikdə savaşın və bilin ki, Allah (günahlardan) qorunanlarladır. Haram ayda savaşmaq qadağan edilmişdi. Bu ayda döyüşmək üçün haram ayını başqa bir aya təxir etmək küfrdə daha da qabağa getməkdir. İnkar edənlər onunla yoldan çıxarılırlar. O (haram ayını) bir il halal sayar, bir il də haram sayarlar ki, Allahın haram qıldığının sayını aşıb Allahın haram etdiyini halal etsinlər. Onların gördükləri işin pisliyi özlərinə qəşəng göstərildi. Allah kafirlər dəstəsinə yol göstərməz". (Tövbə, 9/36-37)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/552537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR