DÇ-2018: Moldova-Gürcüstan görüşündə qalib müəyyənləşməyib

DÇ-2018: Moldova-Gürcüstan görüşündə qalib müəyyənləşməyib
23:07 11 İyun 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 11 iyun. REPORT.AZ/ 2018-ci il Dünya çempionatının seçmə mərhələsinin "D" qrupunda VI tur çərçivəsində Gürcüstan milli komandası Moldova yığması ilə səfər oyununa çıxıb.
"Report"un məlumatına görə, görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib.
Meydan sahibləri 15-ci dəqiqədə Radu Qınsari, 36-cı dəqiqədə isə Aleksandru Dedovun qolları ilə ilk yarını öndə tamamlayıblar. Lakin Gürcüstan millisi oyunçu əvəzləmələri sayəsində bərabərliyə nail olub. 65-ci dəqiqədə Georgi Merebaşvili, 70-ci dəqiqədə isə Valeri Kazaişvili fərqlənib.
Qonşu ölkə yığmasının heyətində "Neftçi"dən dəvət almış müdafiəçi Georgi Navalovski sonadək, "Qəbələ"dən Qazaxıstan "Tobol"una keçən yarımmüdafiəçi Nika Kvekveskiri isə 35-ci dəqiqədən etibarən meydanda olub. Moldova millisinin qapısını isə AZAL-ın keçmiş qolkiperi Stanislav Namaşko qoruyub.
Qeyd edək ki, bu nəticədən sonra Gürcüstan 3 xalla 5-ci, Moldova 2 xalla 6-cı pillədə qalıb.


Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/dc-2018-moldova-gurcustan-gorusunde-qalib-mueyyenlesmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR