Kənan M.M-in həyat yoldaşı “Maşın Şou”dan danışdı: “Dəyməzdi”

Kənan M.M-in həyat yoldaşı “Maşın Şou”dan danışdı: “Dəyməzdi”
23:22 11 İyun 2017
344 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Aygün Mahmudova həyat yoldaşı, rejissor Kənan Mahmudovun "Maşın şou"da iştirakından danışıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ifaçınin dediyinə görə, şouda yaşananlara normal yanaşır: "Maşın Şou"ya hamı necə baxırsa, mən də elə baxıram. Orada olanlara çox normal yanaşıram. Sadəcə, Kənanın əsəbi anlarını gördüm. Amma şouya dəyməzdi. Kişinin əsəbləşməsi normaldır. Ümumiyyətlə, Kənanla bağlı hər şeyə normal baxıram. O, emosianal biri olsa da, evdə sakit və təmkinlidi. Əsas odur ki, şou-biznesdə baş verənlərin evə heç bir aidiyyatı yoxdur. Çöldə olanları evə daşımır".

Sənətçi yeni yaradıcılıq işlərindən də danışıb: "Yeni mahnılar yazdırmışam. Klip çəkilişi üçün hazırlaşırıq. Lirik mahnılarımdan birinə ekran həyatı verəcəyik. Klipimi Kənan ekranlaşdıracaq. Maraqlı iş ərsəyə gələcəyini düşünürəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/553372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR