İspaniyanın Barselona şəhərində minlərlə insan 1 oktyabrda keçirilməsi planlaşdırılan və İspaniyanın qeyri-qanuni elan etdiyi müstəqillik referendumu üçün küçələrə axın edib.
Milli.Az axar.az-a istinadən bildirir ki,nümayişçilərə müraciət edən İngiltərənin "Mançestr Siti" komandasının baş məşqçisi Pep Qvardiola İspaniya hökumətinin referenduma əngəl yaratmaması üçün beynəlxalq cəmiyyətdən yardım istəyib.
Qvardiola İspaniya hökumətinin səsverməyə qarşı çıxacağına baxmayaraq səs verəcəklərini bəyan edib: "İspaniya istəməsə də, səs verəcəyik. Başqa yol yoxdur, yeganə yol səs verməkdir".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində