Maştağada taksi piyadanı vurub öldürdü

Maştağada taksi piyadanı vurub öldürdü
00:04 12 İyun 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Maştağa qəsəbəsində, Məmmədyarov dairəsi deyilən ərazidə yol qəzası baş verib.

 

Lent.az-ın “qafqazinfo”-ya istinadən xəbərinə görə, 99-DO-694 dövlət nömrə nişanlı "Mersedes"lə taksi fəaliyyəti ilə məşğul olan şəxs piyadanı vurub. Hadisədən bir neçə dəqiqə sonra o keçinib.

 

Kimliyi məlum olmasa da, piyadanın 17-18 yaşında yeniyetmə olduğu bildirilir.

 

Şahidlərin sözlərinə görə, sürücü piyadanı vurandan sonra xəstəxanaya aparmaq istəsə də, o, yolda dünyasını dəyişib.

 

Hadisə yerinə gələn polis əməkdaşları sürücünü həbs ediblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR