Lyuis Hemilton Qran-pri Kanadanın qalibi oldu

Lyuis Hemilton Qran-pri Kanadanın qalibi oldu
00:15 12 İyun 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Mercedes" komandasının sürücüsü Britaniyalı Lyuis Hemilton Monrealdakı trasda Qran-pri Kanadanın qalibi oldu.

Trend-in məlumatına görə, onun komanda yoldaşı Valtteri Bottas ikinci yerdə, "Red Bull" komandasının avstraliyalı sürücüsü Deniel Rikyardo isə üçüncü yerdə qərarlaşıblar.

Lyuis Hemilton Qran-pri Kanadanın ardıcıl 3-cü, cəmi isə 6-cı dəfə qalibi oldu.

Ümumi hesaba əsasən, 1-ci pillədə "Ferrari" komandasının sürücüsü Sebastyan Fettel (141 xal), 2-ci pillədə Lyuis Hemilton (129 xal), 3-cü yerdə isə Valtteri Bottas (93 xal) qərarlaşıblar.

Qeyd edək ki, Formula-1 növbəti mərhələsi - Qran-pri Azərbaycan - iyun ayının 23-dən 25-nə qədər keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2765385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR