İmişlidə motosiklet yola inək çıxması səbəbindən aşıb, 2 nəfər yaralanıb

İmişlidə motosiklet yola inək çıxması səbəbindən aşıb, 2 nəfər yaralanıb
00:52 12 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 12 iyun. REPORT.AZ/ İmişlidə 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Repot”un Aran bürosu xəbər verir ki, hadisə bu gün gecə saatlarında rayonun Xubyarlı kəndində qeydə alınıb.
Həmin kəndin 26 yaşlı sakini Rəhman Qəşəm oğlu Şükürov idarə etdiyi motosikletlə hərəkətdə olarkən qarşısına inək çıxıb və nəticədə sürücü idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə zamanı motosikletin sürücüsü və yedəyində olan 21 yaşlı qohumu Xaqani Əjdər oğlu Şükürov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra Rəhman Şükürovun vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-motosiklet-yola-inek-cixmasi-sebebinden-asib-2-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR