Lüis Hemilton "Formula-1"in Kanada Qran-prisinin qalibi olub

Lüis Hemilton "Formula-1"in Kanada Qran-prisinin qalibi olub
01:27 12 İyun 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ "Mercedes" komandasını təmsil edən britaniyalı "Formula-1" pilotu Lüis Hemilton Kanada Qran-prisinin qalibi olub.
"Report" xəbər verir ki, ikinci yeri onun komanda yoldaşı ("Mercedes") Valtteri Bottas, üçüncü yeri "Red Bull" təmsilçisi Daniel Rikkardo tutub.
"Formula-1"in ümumi hesabında birinci yerdə 141 xal ilə Sebastyan Fettel (Ferrari) qərarlaşıb. Hemilton ikincidir. Onun aktivində 129 xal var. Bottas isə 93 xal ilə üçüncü yerdədir.
Qran-prinin növbəti mərhələsi 23-25 iyun tarixlərində Azərbaycanda keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/luis-hemilton-formula-1-in-kanada-qran-prisinin-qalibi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR