DÇ-2018: Türkiyədən böyükhesablı qələbə, Xorvatiyadan şok məğlubiyyət

DÇ-2018: Türkiyədən böyükhesablı qələbə, Xorvatiyadan şok məğlubiyyət
01:38 12 İyun 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində VI tura yekun vurulub.

"Report"un məlumatına görə, son oyun günündə "D", "G" və "I" qrupunda 9 oyun keçirilib.

"D" qrupunda bütün oyunlar heç-heçə ilə yekunlaşıb. İrlandiya – Avstriya və Serbiya – Uels qarşılaşmalarında meydan sahibləri, Moldova - Gürcüstan görüşündə isə qonaqlar məğlubiyyətdən qurtulmağı bacarıblar.

"G" qrupunun oyunlarında İtaliya evdə Lixtenşteyni, Albaniya səfərdə İsraili darmadağın edib. İspaniya isə səfərdə Makedoniyaya minimal fərqlə qalib gəlib.

Nəhayət, "I" qrupunda ilk iki pilləni bölüşən İslandiya və Xorvatiya münasibətlərini ayırd edib. Oyunun 90-cı dəqiqəsində meydan sahibləri fərqlənərək, qələbəyə nail olublar. Türkiyə səfərdə Kosovanı darmadağın edib. Ukrayna isə səfərdə Finlandiyanı minimal fərqlə məğlub edib.

2018-ci il Dünya çempionatının seçmə mərhələsi

Avropa zonası, VI tur

11 iyun

D qrupu

20:00. İrlandiya - Avstriya - 1:1

Qollar: Con Uolters, 85 - Martin Hinteregger, 31

20:00. Moldova - Gürcüstan - 2:2

Qollar: Radu Qınsari, 15. Aleksandru Dedov, 36 - Georgi Merebaşvili, 65. Valeri Kazaişvili, 70

22:45. Serbiya - Uels - 1:1

Qollar: Aleksandar Mitroviç, 74 - Aaron Remzi, 35-penalti ilə

Xal durumu: Serbiya - 12, İrlandiya - 12, Uels - 8, Austriya - 8, Gürcüstan - 3, Moldova - 2.

G qrupu

22:45. Makedoniya - İspaniya - 1:2

Qollar: Stefan Ristovski, 66 - David Silva, 15. Dieqo Kosta, 27

22:45. İsrail - Albaniya - 0:3

Qollar: Armando Sadiku, 22; 44. Ledian Memuşay, 71

22:45. İtaliya - Lixtenşteyn - 5:0

Qollar: Lorentso İnsinye, 35. Andrea Belotti, 52. Eder, 74. Federiko Bernardeski, 83. Manolo Qabbiadini, 90+1

Xal durumu: İspaniya - 16, İtaliya - 16, Albaniya - 9, İsrail - 9, Makedoniya - 3, Lixtenşteyn - 0.

I qrupu

20:00. Finlandiya - Ukrayna - 1:2

Qollar: Yoel Pohyanpolo, 72 - Yevgeni Konoplyanka, 51. Artyom Besedin, 75

22:45. İslandiya - Xorvatiya - 1:0

Qol: Hordur Byorvin Maqnusson, 90

22:45. Kosova - Türkiyə - 1:4

Qollar: Amir Rrahmani, 22 - Volkan Şen, 7. Cengiz Ünder, 31. Burak Yılmaz, 61. Ozan Tufan, 82

Qırmızı vərəqə: Bernard Berişa, 84 (Kosova)

Xal durumu: Xorvatiya - 13, İslandiya - 13, Türkiyə - 11, Ukrayna - 11, Finlandiya - 1, Kosova - 1.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/202212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR