İmişlidə motosiklet aşdı, 2 nəfər xəsarət aldı

İmişlidə motosiklet aşdı, 2 nəfər xəsarət aldı
02:08 12 İyun 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Soltanmuradlı kəndində qeydə alınıb.

Motosikletin yoldan çıxaraq aşması nəticəsində Xubyarlı kənd sakinləri, 1991-ci il təvəllüdlü Şükürov Rəhman Qəşəm oğlu və 1996-ci il təvəllüdlü Şükürov Xəqani Əjdər oğlu xəsarət alıb. Kəllə-beyin travması alan R.Şükürov müalicə üçün Bakıya göndərilib. Onun əmisi oğlu X.Şükürov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, qəzaya motosikletin qarşısına çıxan heyvan səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR