Bakıda iki maşın toqquşub, 4-ü azyaşlı olmaqla 7 nəfər xəsarət alıb

Bakıda iki maşın toqquşub, 4-ü azyaşlı olmaqla 7 nəfər xəsarət alıb
04:22 12 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un xəbərinə görə, Kürdəxanı qəsəbəsində “VAZ-2106” markalı avtomobillə “Hyundai” toqquşub və zərbənin gücündən "Jiquli" iki hissəyə ayrılıb.
Nəticədə “VAZ"da olan bir ailənin 4 üzvü - Novruzova Ülkər Əlibəy qızı, 1976-ci il təvəllüdlü Novruzov Zaur Nazim oğlu (sürücü), 10 yaşlı Novruzov Rəvan Zaur oğlu, 13 yaşlı Novruzov Nazim Zaur oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Eyni zamanda, “Hyundai” markalı avtomobildə olan başqa bir ailənin üzvləri - 1980-ci il təvəllüdlü Əliyev Alxan Alı oğlu (sürücü), 2007-ci il təvəllüdlü Əliyev Nihat Alxan oğlu, 13 yaşlı Əliyev Murad Alxan oğlu çoxsaylı bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-iki-masin-toqqusub-4-u-azyasli-olmaqla-7-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR