Yasamalda 83 yaşlı kişini maşın vuraraq qaçıb

Yasamalda 83 yaşlı kişini maşın vuraraq qaçıb
06:47 12 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanı avtomobil vurub.
"Report" xəbər verir ki, hadisə Yeni Yasamal, Bünyadzadə küçəsində qeydə alınıb.
Həmin küçədə yolu keçmək istəyən 1934-cü il təvəllüdlü Bayramlı Cəlal Baba oğlunu avtomobil vuraraq qaçıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Xəstənin vəziyyəti ağırdır.
Hazırda sürücü Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən axtarılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yasamalda-83-yasli-kisini-masin-vuraraq-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR