Elnarə Xəlilovadan xanımlara XÜSUSİ RESEPT

Elnarə Xəlilovadan xanımlara XÜSUSİ RESEPT
07:05 12 İyun 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az ailem.az-a istinadən müğənni Elnarə Xəlilovanın keks reseptini təqdim edir. Keksin özəlliyi bu reseptin müğənninin xalası qızına aid olmasıdır. Tərkibində kök olan maraqlı şirniyyat reseptini sınaqdan keçirməyə dəyər.

Köklü keks üçün lazım olan ərzaqlar:
 
3 stəkan un
1 stəkan süd
1 stəkan duru yağ
1 stəkan sürtkəcdən keçirilmiş kök
1 stəkan xırdalanmış qoz
1 paket qabartma tozu
1 çay qaşığı darçın.
 
Hazırlanma qaydası:
 
Keks üçün lazım olan bütün ərzaqlar bir yerdə qarışdırılır. Alınan kütlə qaba yerləşdirilərək sobaya verilir. Keks 160 dərəcə istilikdə, saat yarım müddətində və sobanın ağzı açılmamaq şərtilə üstü qızaranadək bişirilir.
 
Nuş olsun! 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/552746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR