"Mən əbədi deyiləm"

"Mən əbədi deyiləm"
07:12 12 İyun 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un canlı əfsanəsi Canluici Buffon 2017-ci ilin karyerasında son il olacağını istisna etmir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran qolkiper İtaliya mətbuatına açıqlamasında bu barədə danışıb.

"Bu il mənim üçün sonuncu ola bilər. Ona görə baş rolda olmaq istəyirəm. Mən əbədi deyiləm və özüm haqda heç vaxt bu fikirdə olmamışam. Kollektivin uğurları barədə düşünürəm. "Yuventus" və İtaliya millisində eyni səviyyədə oynamağa çalışıram. Əvvəllər məşqçi olmaq istəmədiyimi demişdim. Buna baxmayaraq millinin məşqçisi olmaq az stressvericidir. Karyeramı başa vurandan sonra bir müddət dincəlmək istərdim. Çünki uzun və yorucu yol keçmişəm" - Buffon deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR