Hemilton Kanada Qran-prisinin qalibi oldu

Hemilton Kanada Qran-prisinin qalibi oldu
07:22 12 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

"Mercedes" komandasının sürücüsü Britaniyalı Lyuis Hemilton Monrealdakı trasda Kanada Qran-prisinin qalibi oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, onun komanda yoldaşı Valtteri Bottas ikinci yerdə, "Red Bull" komandasının avstraliyalı sürücüsü Deniel Rikyardo isə üçüncü yerdə qərarlaşıblar.

Lyuis Hemilton Kanada Qran-prisinin ardıcıl 3-cü, cəmi isə 6-cı dəfə qalibi oldu.

Ümumi hesaba əsasən, 1-ci pillədə "Ferrari" komandasının sürücüsü Sebastyan Fettel (141 xal), 2-ci pillədə Lyuis Hemilton (129 xal), 3-cü yerdə isə Valtteri Bottas (93 xal) qərarlaşıblar.

Qeyd edək ki, Formula-1 növbəti mərhələsi - Azərbaycan Qran-prisi - iyun ayının 23-dən 25-nə qədər keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR