Fikri İşık: 2 il ərzində 10 mindən artıq terrorçu zərərsizləşdirilib

Fikri İşık: 2 il ərzində 10 mindən artıq terrorçu zərərsizləşdirilib
07:22 12 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2 il ərazində 10 mindən artıq terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşık deyib.

O, əlavə edib ki: "Bu, böyük uğurdur".

İşık qeyd edib ki, Türkiyə 35 ildir ki fərqli fərqli terror qruplaşmaları ilə mübarizə aparır: "Biz ən uğurlu dövrü yaşayırıq".

Nazir əlavə edib ki: "Hazırda PKK terror qruplaşması fəaliyyət göstərə bilmir. Türkiyə PKK-nı tamamilə dağıdacaq və ölkəyə qarşı təhlükənin qarşısını almaq üçün bütün zəruri ehtiyat tədbirlərini görəcəkdir".

Qeyd edək ki, PKK-nın 2015-ci ilin iyul ayında terror fəaliyyətini bərpa etdiyi zamandan 1200-dən artıq təhlükəsizlik xidməti əməkdaşı və mülki şəxs həlak olub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2765397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR