"2 il ərzində 10 mindən artıq terrorçu zərərsizləşdirilib"

"2 il ərzində 10 mindən artıq terrorçu zərərsizləşdirilib"
07:42 12 İyun 2017
27 Dünya
Ölkə mətbuatı
A- A+

2 il ərazində 10 mindən artıq terrorçu zərərsizləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık deyib.

O, əlavə edib ki: "Bu, böyük uğurdur".

İşık qeyd edib ki, Türkiyə 35 ildir ki fərqli fərqli terror qruplaşmaları ilə mübarizə aparır: "Biz ən uğurlu dövrü yaşayırıq".

Nazir əlavə edib ki: "Hazırda PKK terror qruplaşması fəaliyyət göstərə bilmir. Türkiyə PKK-nı tamamilə dağıdacaq və ölkəyə qarşı təhlükənin qarşısını almaq üçün bütün zəruri ehtiyat tədbirlərini görəcəkdir".

Qeyd edək ki, PKK-nın 2015-ci ilin iyul ayında terror fəaliyyətini bərpa etdiyi zamandan 1200-dən artıq təhlükəsizlik xidməti əməkdaşı və mülki şəxs həlak olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR