Haitidə faciəvi qəza: 12 ölü

Haitidə faciəvi qəza: 12 ölü
07:58 12 İyun 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Haitidə yük avtomobilinin kütləyə çırpılması nəticəsində 12 nəfər ölüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Kavayon şəhərində, bazarda baş verib.

İçərisində sərnişinlər olan yük avtomobili hərəkətdə olarkən sürücü qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq kütləyə çırpılıb. Qəza nəticəsində 12 nəfər hadisə yerində ölüb, çox sayda insan xəsarət alıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR