"Elmlər Akademiyası" metrostansiyası yaxınlığında qadını maşın vurub - FOTO

"Elmlər Akademiyası" metrostansiyası yaxınlığında qadını maşın vurub - FOTO
08:17 12 İyun 2017
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Bakı metropoliteninin "Elmlər Akademiyası" stansiyası yaxınlığında yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Ağayeva Rumiyyə Muhammədsayeviçi "Lada Priora" markalı maşın vurub.

Nəticədə qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törədən avtomobilin sürücüsü saxlanılıb. Maşın isə cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırma gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/553394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR