İlk dəfə efirə çıxan Elcanın anası Oksanaya: "Oğlum sənə elə söz deyər..."

İlk dəfə efirə çıxan Elcanın anası Oksanaya: "Oğlum sənə elə söz deyər..."
08:47 12 İyun 2017
120 Şou
Ölkə mətbuatı
A- A+

"Maşın" realiti-şounun dünənki buraxılışında da maraqlı anlar yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, oyunda qalan iştirakçılar bu gün bir-birinin evində qonağı olublar. Bir-birilərini ailələri ilə tanış edən iştirakçılar hətta bəzi məqamlarda kövrəliblər.

İlk qonaq gedilən ev Elcan Rəsulovun evi olub. 

Aktyorun anası Nahidə xanım ilk dəfə efirdə oğlundan danışıb:

"Allah balamı pis gözdən, pis nəzərdən qorusun. Mən Elcanla fəxr edirəm. Onun atası olmayıb və 19 yaşından işləyib, ana bacını işləməyə qoymayıb. Elcan 19 yaşında bacı köçürüb. Çox şükür, indi yaxşı ətrafı, qohumları var".

Aktyorun anası rəqqasə Oksana Rəsulovaya üzünü tutaraq ona iradını bildirib:

"Çox mənəm-mənəm deyirsən. Elcan sənə elə söz deyər ki, gülməkdən yıxılarsan" 

Rəsulovun valideyni sonda hər üç iştirakçıya məsləhət verməyi də unutmayıb:

"Özünüzə əziyyət verməyin. Əsas sağlamlığınıza bir şey olmasın, bir də bir-birinizin xətrinə dəyməyin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/553403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR