İslamın anasının bu sözləri Oksananı ağlatdı

İslamın anasının bu sözləri Oksananı ağlatdı
08:52 12 İyun 2017
217 Şou
Ölkə mətbuatı
A- A+

Dünən "Maşın" şou iştirakçıları bir-birilərinin ailələri ilə tanış olublar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Oksana Rəsulova və Elcan Rəsulov aktyor İslam Mehrəliyevin evində qonaq olublar.

İştirakçıları İslamın anası, xanımı və övladı qarşılayıblar.

Aktyorun anası şouda oğlunu ağalayan görəndə kövrəldiyini bildirib:

"İslam ağlayanda mən ondan çox ağladım. Oğlum deyə demirəm, amma İslam çox zəhmətkeş uşaqdır. Bu vaxta qədər bir dediyim sözü ikinci dəfə təkrar eləməmişəm. Atasından bu vaxta kimi cəsarət edib pul istəməyib. Həmişə mənə deyib".

İ.Mehrəliyevin anasının sözlərindən qəhərlənən Oksana göz yaşlarını saxlaya bilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/553405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR