Rafael İsgəndərov "Maşın"da başına gələn möcüzəvi əhvalatı danışdı

Rafael İsgəndərov "Maşın"da başına gələn möcüzəvi əhvalatı danışdı
08:52 12 İyun 2017
140 Şou
Ölkə mətbuatı
A- A+

Murad Dadaşovun aparıcısı olduğu "Maşın" şouya dünən maraqlı qonaqlar gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlardan biri əməkdar artist və "Maşın"ın 4-cü sürətinin qalibi Rafael İsgəndərov olub.

O, verilişə ilk gün gəldiyi gün başına gələn əhvalatı danışıb:

"İlk gün idi. Oturub siqaret çəkirdim. Gördüm işçilər nə isə axtarırlar. Soruşanda dedilər ki, maşının açarı itib. Siqareti yerə atanda gördüm açar ayağımın yanında. Elşəni çağırıb açarı verdim. O da dedi ki, "Deyəsən, maşın sənindir axı". Acı da olsa, bu digər iştirakçılar üçün belə oldu və maşın sonda mənə qaldı. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/553404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR