12 İYUN

12 İYUN
09:03 12 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

2015-ci il. Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və bir sıra ölkələrin prezidentləri, hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri iştirak edib. “Bakı-2015” ilk Avropa Oyunlarında 6 min atlet 20 idman növündə 253 dəst medal uğrunda mübarizə aparıb. İyunun 28-dək davam edən yarışların yekunlarına görə, Rusiya ümumi hesabda birinci, Azərbaycan ikinci, Böyük Britaniya idmançıları isə üçüncü yeri tutub.

1932-ci il. Azərbaycanın görkəmli teatr və kino aktyoru Hacıbaba Bağırovun doğum günü (1932-2006). Bir sıra komik rolların bənzərsiz ifaçısı olan Hacıbaba Bağırov teatr və kino həvəskarlarının yaddaşında dərin iz buraxıb. 1974-cü ildə respublikanın Əməkdar Artisti, 1982-ci ildə "Azərbaycanın Xalq Artisti" fəxri adlarına layiq görülüb. 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

1665-ci il. Şimali Amerika şəhəri Yeni Amsterdam Nyu-York adlandırılıb. Nyu-York ABŞ-da əhalinin sayına görə ən böyük şəhərdir. Metropol əhalisinin sayı 21 milyon nəfərə çatır.

1994-cü il. “Boeing” Korporasiyasının “Boeing 777” tipli yeni təyyarəsi ilk uçuşunu həyata keçirib. 1995-ci ildə istifadəsinə başlanılan “Boeing 777” seriyalı təyyarələr öz seqmentində lider mövqedədir. Geniş kabinəsi, etibarlılığı və yanacaq qənaətliliyi ilə bir çox hava yolu şirkətlərinin seçimi olan “777” seriyası 5 sərnişin və 1 yük modelindən ibarətdir. “Boeing 777” modelləri 301-550 arasında sərnişin daşıya bilir və orta-uzun mənzilli təyyarə bazarının yüzdə 70-ni əhatə edir. Dünyanın ən böyük cütmotorlu, cütkoridorlu kommersiya məqsədli reaktiv təyyarəsi olan “Boeing 777”nin 6 modeli var: “777”, “777-200”, “777-200ER”, “777-200LR”, “777-300” və “777- 300ER”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/202222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR