Türkiyə və İtaliya darmadağın etdi, Xorvatiya uduzdu

Türkiyə və İtaliya darmadağın etdi, Xorvatiya uduzdu
09:27 12 İyun 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

"DÇ-2018"in seçmə qrup mərhələsində VI tura yekun vurulub. Fanat.Az xəbər verir ki, son oyun günündə "D", "G" və "I" qrupunda 9 oyun keçirilib.


"D" qrupunda bütün oyunlar heç-heçə ilə yekunlaşıb. İrlandiya – Avstriya və Serbiya – Uels qarşılaşmalarında meydan sahibləri, Moldova - Gürcüstan görüşündə isə qonaqlar məğlubiyyətdən qurtulmağı bacarıblar.


"G" qrupunun oyunlarında İtaliya evdə Lixtenşteyni, Albaniya səfərdə İsraili darmadağın edib. İspaniya isə səfərdə Makedoniyaya minimal fərqlə qalib gəlib.


Nəhayət, "I" qrupunda ilk iki pilləni bölüşən İslandiya və Xorvatiya münasibətlərini ayırd edib. Oyunun 90-cı dəqiqəsində meydan sahibləri fərqlənərək, qələbəyə nail olublar. Türkiyə səfərdə Kosovanı darmadağın edib. Ukrayna isə səfərdə Finlandiyanı minimal fərqlə məğlub edib.


DÇ-2018

Seçmə mərhələ

VI tur, 11 iyun


D qrupu

İrlandiya - Avstriya 1:1

Qollar: Con Uolters, 85 - Martin Hinteregger, 31


Moldova - Gürcüstan 2:2

Qollar: Radu Qınsari, 15. Aleksandru Dedov, 36 - Georgi Merebaşvili, 65. Valeri Kazaişvili, 70


Serbiya - Uels 1:1

Qollar: Aleksandar Mitroviç, 74 - Aaron Remzi, 35-penalti ilə


Turnir cədvəli: Serbiya - 12, İrlandiya - 12, Uels - 8, Austriya - 8, Gürcüstan - 3, Moldova - 2.


G qrupu

Makedoniya - İspaniya 1:2

Qollar: Stefan Ristovski, 66 - David Silva, 15. Dieqo Kosta, 27


İsrail - Albaniya 0:3

Qollar: Armando Sadiku, 22; 44. Ledian Memuşay, 71


İtaliya - Lixtenşteyn 5:0

Qollar: Lorentso İnsinye, 35. Andrea Belotti, 52. Eder, 74. Federiko Bernardeski, 83. Manolo Qabbiadini, 90+1


Turnir cədvəli: İspaniya - 16, İtaliya - 16, Albaniya - 9, İsrail - 9, Makedoniya - 3, Lixtenşteyn - 0.


I qrupu

Finlandiya - Ukrayna 1:2

Qollar: Yoel Pohyanpolo, 72 - Yevgeni Konoplyanka, 51. Artyom Besedin, 75


İslandiya - Xorvatiya 1:0

Qol: Hordur Byorvin Maqnusson, 90


Kosova - Türkiyə 1:4

Qollar: Amir Rrahmani, 22 - Volkan Şen, 7. Cengiz Ünder, 31. Burak Yılmaz, 61. Ozan Tufan, 82

Qırmızı vərəqə: Bernard Berişa, 84 (Kosova)


Turnir cədvəli: Xorvatiya - 13, İslandiya - 13, Türkiyə - 11, Ukrayna - 11, Finlandiya - 1, Kosova - 1.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turkiy-v-taliya-darmadan-etdi-xorvatiya-uduzdu-t58649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR