Tarixdə bu gün

Tarixdə bu gün nələr baş verib?

12 iyun 1550-ci ildə İsveç kralı I Qustav Helsinki şəhərinin əsasını qoyub.

1665-ci ilin bu günü Yeni Amsterdam şəhəri Nyu-York adlandırılıb.

12 iyun 1867-ci ildə Avstriya-Macarıstan imperiyası yaranıb.

1964-cü ilin bu günü Nelson Mandela Cənubi Afrika Respublikasının aparteid rejimi tərəfindən ömürlük həbsə məhkum edilib.

12 iyun 1990-cı ildə RSFSR-in I Xalq deputatları qurultayı RSFSR-in dövlət müstəqilliyi haqda bəyannaməni qəbul edib.

2014-cü ilin bu günü San-Pauluda futbol üzrə dünya çempionatının açılışı olub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR