Puerto-Rikodakı referendumda seçicilər ABŞ-a birləşməyi dəstəkləyib

Puerto-Rikodakı referendumda seçicilər ABŞ-a birləşməyi dəstəkləyib
09:52 12 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Puerto-Riko sakinləri keçirilən referendumda ada ölkənin ABŞ-a birləşdirilməsi ilə bağlı Birləşmiş Ştatlar Konqresinə müraciət ünvanlanmasını dəstəkləyib.
"Report" BBC-yə istinadən xəbər verir ki, referendumda yalnız 23% seçici iştirak edib. Seçki məntəqələrinə gələnlərin 97%-i ABŞ-a qoşulmağın lehinə səs verib.
Qeyd edək ki, referendum nəticələri Puerto-Riko hökumətini birləşmək prosedurunu başlamağa məcbur etmir. Bundan əlavə, yekun qərarı ABŞ Konqresi verəcək.
Ümumiyyətlə, bu, Puerto-Rikonun statusu ilə bağlı beşinci referendumdur, bundan əvvəlki 2012-ci ildə keçirilib. O zaman seçicilərin 60%-i ABŞ-a qoşulmanın lehinə səs verib. Lakin ABŞ Konqresi referendumdan sonra heç bir addım atmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/puerto-rikodaki-referendumda-seciciler-abs-a-birlesmeyi-destekleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR