5 yaşlı azərbaycanlıdan rekord - FOTO

5 yaşlı azərbaycanlıdan rekord - FOTO
09:57 12 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın şahmat tarixində 5 yaşlı uşaq yeni rekord təyin edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Milli.Az-a verilən məlumata görə, İdarənin tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb.

Paşam Əlizadə 17 yaşadək olan oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi 9 oyunda 7 xal toplayıb.

"Ağ Top" Şahmat Klubunun yetirməsi olan Paşam Əlizadə diplom və mükafatla təltif edilib.  

Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması 6 yaşlı uşaq tərəfindən yerinə yetirilmişdi. 

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR