Bakıda yaşayış binasının zirzəmisində TÜSTÜLƏNMƏ - Yanğınsöndürənlər cəlb olunub (FOTO)

Bakıda yaşayış binasının zirzəmisində TÜSTÜLƏNMƏ -  Yanğınsöndürənlər cəlb olunub  (FOTO)
10:01 12 İyun 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Səhər saatlarında Bakıda B.Vahabzadə küçəsində yaşayış binasının zirzəmisində yanğın ehtimalı ilə həyəcanlı anlar yaşanıb. Trend-in məlumatına görə, yaşayış binasının zirzəmisində yerləşən "PlayStation" oyun zalında tüstülənmə qeydə alınıb. İnsidentlə əlaqədar hadisə yerinə dərhal FHN yanğınsöndürmə briqadası cəlb olunub.

İlkin məlumata görə, tüstülənmə elektrik naqillərində qısa qapanma səbəbindən baş verib.

Hazırda yanğınsöndürmə briqadası hadisə yerində işləyir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2765460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR