“Semaşko”nun travmatoloqu sükan arxasında öldü

“Semaşko”nun travmatoloqu sükan arxasında öldü
10:03 12 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda həkim sükan arxasında vəfat edib.

Hadisə ötən gecə Bakı şəhərində baş verib.

Belə ki, 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) travmatoloqu, Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi və ATU-nun İkinci Müalicə-profilaktika fakültəsinin qrup Həmkarlar İttifaqının sədri, 50 yaşlı Fikrət Vəliyev avtomobilini idarə edərkən qəfil qıcolma keçirib.

O, avtomobilində dünyasını dəyişib.

F.Vəliyevin ölümünün dəqiq səbəblərinin öyrənilməsi üçün meyiti ekspertlər tərəfindən müayinə olunub. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR