Natavan Həbibi kövrəldi:

"Xalam qızını yola salanda təsadüfən atamı gördüm."

Metbuat.az xəbər verir ki, bu sözləri məşhur müğənni Natavan Həbibi atasını uzun illər, sonra görməsi haqda "ATV maqazin onlarla" verilişində danışarkən deyib. O, eyni zamanda ana olmaq istədiyini bildirib:

"Atamla anam biz hələ uşaq olarkən boşanıblar. Atamı uzun illər idi ki, görmürdüm. Bir dəfə 1998-ci ildə xalam qızını Türkmənistana yola salanda bir də baxdım ki, tanış gözlər mənə baxır. Salamlaşdıq, danışdıq, sonra isə o getdi. Həmin vaxtan, sonra onu bir daha görmədim. Ən böyük arzum ana olmaqdır. Övladımla bağlı çox böyük xəyallarım var, amma ən böyük istəyim onun həm atalı, həm analı böyüməsidir".

Dilarə Zamanova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR