Robert Prosineçkinin Azərbaycan millisindəki taleyinə bu gün aydınlıq gələ bilər

Robert Prosineçkinin Azərbaycan millisindəki taleyinə bu gün aydınlıq gələ bilər
10:07 12 İyun 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12iyun. REPORT.AZ/ Baş məşqçi Robert Prosineçkinin futbol üzrə Azərbaycan milli komandasındakı taleyinə bu gün aydınlıq gələ bilər. "Report"un məlumatına görə, bu barədə xorvatiyalı mütəxəssisin özü yerli mətbuata açıqlamasında bildirib.
O, Türkiyə "Bursaspor"unun sükanı arxasına keçəcəyinə dair xəbərlərə aydınlıq gətirib. Prosineçki AFFA rəhbərliyi ilə görüşündən sonra gələcək addımını müəyyənləşdirəcəyini söyləyib: "2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin sonunadək müqaviləm var. Yəni, dekabradək Azərbaycanda qalmalıyam. Amma hər şeyi bazar ertəsi biləcəyəm. Rəhbərliklə görüşmək niyyətindəyəm. Bu görüşdən sonra gələcəkdə nə edəcəyimi müəyyənləşdirəcəyəm".
Prosineçki Şimali İrlandiya yığmasına Bakıda 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərlə arasında yaşanan insident barədə də danışıb: "Adətən, ilk sual yenicə başa çatan oyun barədə olmalıdır. Amma mən mətbuat konfransına gələn kimi "Bursaspor"la bağlı sual verdilər. Onlar məndən oyun, üzücü məğlubiyyət haqda yox, Türkiyəyə gedib-getməyəcəyimi soruşdular. Bu, birinci sual idi. Sonrakı iki sual da eyni mövzuda oldu və özümdən çıxdım. Mən onlara dedim ki, istəyirsinizsə, gedə bilərəm".
Qeyd edək ki, Robert Prosineçki mətbuat konfransında "Bursaspor" variantı barədə jurnalistlərin davamlı suallarından sonra qarşısındakı stəkanı qırıb. 6 turdan sonra 7 xala malik Azərbaycan millisi C qrupunda 4-cü pillədə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/robert-prosineckinin-azerbaycan-millisindeki-taleyine-bu-gun-aydinliq-gele-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR