Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad olunub

Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad olunub
10:12 12 İyun 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev vəzifəsindən azad olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Belə ki, F.Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini vəzifəsinə təyinat alıb.
"Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə isə hələ ki, təyinat olmayıb", - deyə, C.Valehov əlavə edib.
Xatırladaq ki, F.Rzayev Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə bu ilin yanvar ayında təyin olunmuşdu.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/tehsil-nazirliyinin-aparat-rehberi-vezifesinden-azad-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR