Azərbaycanın ixrac etdiyi xam neftin dəyəri 35% artıb

Azərbaycanın ixrac etdiyi xam neftin dəyəri 35% artıb
10:12 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan 8,073 mln. ton həcmində xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda xam neftin dəyəri 3,230 mlrd. ABŞ dolları təşkil edib.
Bu ilin beş ayı ərzində ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 9,5% azalıb, dəyəri isə 35% artıb.
Yanvar-may ayları ərzində xam neft Azərbaycanın ümumi ixracının 72,59%-ni təşkil edib.
Qeyd edək ki, beş ayda Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7,267 mlrd. dollar olub. Bu məbləğin 2,817 mlrd. dolları idxalın, 4,450 mlrd. dolları ixracın payına düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanin-ixrac-etdiyi-xam-neftin-deyeri-35-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR