Bakıda yaşayış binasının zirzəmisində TÜSTÜLƏNMƏ

Səhər saatlarında Bakıda B.Vahabzadə küçəsində yaşayış binasının zirzəmisində yanğın ehtimalı ilə həyəcanlı anlar yaşanıb.

Məlumata görə, yaşayış binasının zirzəmisində yerləşən "PlayStation" oyun zalında tüstülənmə qeydə alınıb. İnsidentlə əlaqədar hadisə yerinə dərhal FHN yanğınsöndürmə briqadası cəlb olunub.

İlkin məlumata görə, tüstülənmə elektrik naqillərində qısa qapanma səbəbindən baş verib.

Hazırda yanğınsöndürmə briqadası hadisə yerində işləyir.//Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR