Estoniya XİN başçısı Azərbaycanda səfərdədir

Estoniya XİN başçısı Azərbaycanda səfərdədir
10:27 12 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ Estoniyanın xarici işlər naziri Sven Mikser Azərbaycanda rəsmi səfərdədir.
"Report" Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıya səfəri zamanı S.Mikser Azərbaycanın baş naziri Artur Rasi-zadə, xarici işlər naziri Elmar Məmmədyarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan-Estoniya əlaqələrinin inkişaf perspektivləri, aktual regional məsələlər, Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələləri, o cümlədən Şərq Tərəfdaşlığı sammiti müzakirə olunacaq.
İyunun 13-də S.Mikser Ermənistana səfərə yollanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/estoniya-xi-n-bascisi-azerbaycanda-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR