Rusiyada yeni radioelektron mübarizə sistemi yaradıldı

Rusiyada yeni radioelektron mübarizə sistemi yaradıldı
10:33 12 İyun 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Rostex” Dövlət Şirkətinin “Rusiya elektronikası” müəssisəsi yeni radioelektron mübarizə (REM) sistemi yaradıb.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə “Rostex” məlumat yayıb.

Yeni REM sistemi xüsusi əhəmiyyətli obyektlərin mühafizə zonasında hərəkət edən hava, yerüstü və suüstü hədəflərin gizli aşkar edilməsi üçün nəzərdə tutulub.

Kompleks 100 kilometrə qədər radiusda olan hədəflərin koordinatlarını müəyyən etməyə, hədəflərin trayektoriya müşayiətini həyata keçirməyə və operatorun monitorunda informasiyanı əks etdirməyə, həmçinin icazə olunmamış müdaxilə vaxtı tədbir görməyə imkan verir.

REM sistemi hədəfləri televiziya və radio siqnallarının köməkliyi ilə aşkar edir.

Yeni sistem vasitəsiylə ən kiçik qabaritli dron və s. hədəflərin aşkar edilməsi mümkündür.

Kompleks 15 antennaya malikdir. Antennanın biri şüanın mənbəyinə yönləndirilir, digərləri isə təyyarə, avtomobil, gəmi və hətta insanların əks siqnallarını qəbul edir. REM sistemi pilotsuz uçuş aparatlarını (PUA) 10 km, avtomobil və insanı 20 km, gəmiləri isə 80 kilometrdən aşkar edir.

Məlumatda o da qeyd olunub ki, kiçik enerji istehlakına və istismarın aşağı dəyərinə malik olan kompleks insanlara və ətraf mühitə zərərli təsir göstərmir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR