“ABŞ Rakka əməliyyatı ilə...” - Qorxunc İŞİD PLANI

“ABŞ Rakka əməliyyatı ilə...” - Qorxunc İŞİD PLANI
10:33 12 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ Rakka əməliyyatı ilə İŞİD terrorçularının bölgədən qaçmasına göz yumacaq”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Haseke (Suriya) Milli İnqilab Gücləri və Müxalif Birliyinin başçısı Hişam əl-Mustafa deyib.

Onun sözlərinə görə, eyni güclər Rakkadan qaçan İŞİD terrorçularından fərqli bölgələrdə yenə də istifadə edəcək. Hişam Əl-Mustafa PYD/PKK-nın isə müəyyən müddət sonra ABŞ tərəfindən bir kənara atılacağını bildirib.

Müxalifət Birliyinin başçısı qeyd edib ki, Suriya müharibəsi insanların yenidən öz torpaqlarına qovuşmasına kimi davam edəcək.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın sonunda bir bəyanatında YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan RYD-nin silahlı qanadı –red.) İŞİD terror təşkilatı ilə Rakka mövzusunda razılaşdığını bildirib. Onun sözlərinə görə, razılaşmaya əsasən, İŞİD terrorçularının Rakkadan çıxmaları üçün dəhliz açılıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR