Mahmud Məmmədquliyev: "Azərbaycan insan alverinə qarşı mübarizədə Aİ ilə dialoqun genişləndirilməsində maraqlıdır"

Mahmud Məmmədquliyev: "Azərbaycan insan alverinə qarşı mübarizədə Aİ ilə dialoqun genişləndirilməsində maraqlıdır"
10:42 12 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ "Azərbaycan Aİ ilə strateji əməkdaşlıq haqqında yeni saziş imzalamağı planlaşdırır və bu saziş əlaqələrin inkişafında rol oynayacaq və bu sahədə əməkdaşlığı yeni səviyyəyə çıxaracaq".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev "Azərbaycanda insan alverinə qarşı mübarizədə milli imkanların gücləndirilməsi" mövzusunda baş tutan konfransda deyib.
"Azərbaycan və beynəlxalq miqrasiya xidməti əməkdaşlıqda yeni səhifə açır. Ümidvaram ki, əməkdaşlıq çərçivəsində təqdim olunan təşəbbüslər uğurlu olacaq", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın əsas prioritetlərindən biri insan alverinə qarşı mübarizədir. "Azərbaycan insanları qorumaq üçün bu istiqamətdə ardıcıl siyasət yürüdür. Azərbaycan bu sahədə Avropa ilə dialoqun genişləndirilməsində maraqlıdır", - M.Məmmədquliyev bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/mahmud-memmedquliyev-azerbaycan-insan-alverine-qarsi-mubarizede-ai-ile-dialoqun-genislendirilmesi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR