"Sakit" irqçilər donuz başı yellədilər - FOTO

"Sakit" irqçilər donuz başı yellədilər - FOTO
10:42 12 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

"Biz radikallığa, terrora qarşıyıq! Biz demokratiyanın tərəfdarıyıq! Biz radikal islamçılığa qarşıyıq!"

Britaniyanın şovisist, irqçi və ifrat sağçı təşkilatlarından olan "İngilis Müdafiə Liqası" (English Defence League, EDL) dünən Mançester şəhərində yürüş keçirib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "sakit etiraz" adlanan yürüş şəhərin mərkəzindəki "Pikaddilli" restoranın qarşısında başlanıb. "UK Against Hate" yürüşünün təşkilatçısı EDL-in sabiq lideri Tommi Robinson idi.

Yürüş mayın 22-də Mançesterdəki "Mançester Arena" stadionunda amerikalı müğənni Ariana Qrandenin konserti zamanı törədilmiş teraktla bağlıdır. Həmin teraktda 22 nəfər həlak olmuş, 59 nəfər yaralanmışdı.

EDL-in yürüşü aşkar anti-İslam ruhlu idi və müsəlmanlara qarşı yönəlmişdi.

Yürüş iştirakçılarından biri hisə verilmiş donuz kəlləsini əlində tutub yelləyirdi.

Yürüş şəhərin mərkəzi meydanına yönələndə aksiya iştirakçılarının qarşısını polislər kəsiblər. Təxminən yarım saat sonra hadisə yerinə solçular yığışmağa başlayıblar.

EDL tərəfdarları ilə solçular arasında toqquşma başlayıb. Davanın təşəbbüskarı Tommi Robinson olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/553431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR