"Yahoo" internet şirkəti mobil operatora satılıb

"Yahoo" internet şirkəti mobil operatora satılıb
10:52 12 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ ABŞ-ın "Yahoo" internet xidmətləri şirkətinin səhmdarları, onun ABŞ-ın ən nəhəng mobil rabitə operatoru olan "Verizon"a satılmasına razılıq veriblər. "Report" "Haberler" saytına istinadən xəbər verir ki, bu barədə "Yahoo" şirkəti məlumat yayıb. Məlumatda bildirilir ki, iyunun 13-də tamamlanması planlaşdırılan satışın həcmi 4,48 mlrd. ABŞ dolları təşkil edib. "Yahoo"nun yeni adının "Altaba Inc." olacağı bildirilir.
Açıqlamadan sonra "Yahoo"nun Nyu-York birjasında səhmlərinin qiyməti 10,2% artdığı halda, "Verizon"un səhmləri 0,7% ucuzlaşıb. Qeyd edək ki, bu anlaşma "Yahoo"nun nağd vəsaitlərinə, Çinin "Alibaba Group" e-ticarət şirkətindəki 15% səhmlərinə, "Yahoo Japan"dakı 36% səhmlərinə və bir sıra patentlərinə şamil edilmir.
Həmçinin bildirilir ki, "Verizon" "Yahoo" ilə bir qədər bundan əvvəl aldığı "Amerika online" (AOL) internet xidmətləri və axtarış şirkətini birləşdirərək "Oath" adında yeni bir şirkət yaradacaq.
Xatırladaq ki, "Yahoo"nun 600 mln.-u mobil rabitə olmaqla dünyada 1 mlrd.-dan çox istifadəçisinin "Verizon"a keçməsindən sonra bu şirkətin dünya internet xidmətləri sektorunda xüsusi çəkisi artacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/yahoo-internet-sirketi-mobil-operatora-satilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR