"Metro Park"da bomba qoyması barədə yalan məlumat verən şəxs tutulub

"Metro Park"da bomba qoyması barədə yalan məlumat verən şəxs tutulub
11:01 12 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Metro Park"da bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilir ki, iyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib. Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2765500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR