Səhiyyə Nazirliyi: Sumqayıtda zəhərlənmiş 30 uşağın müalicəsi davam edir

Səhiyyə Nazirliyi: Sumqayıtda zəhərlənmiş 30 uşağın müalicəsi davam edir
11:02 12 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ “Zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına daxil olmuş 30 uşağın müalicəsi davam edir”.
Bunu “Report”a Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova bildirib.
Onun sözlərinə görə, hazırda uşaqların vəziyyətləri kafidir və müalicələri davam edir.
Nazirlik rəsmisi qeyd edib ki, yaxın zamanlarda onların evə buraxılması nəzərədə tutulur.
Qeyd edək ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında kütləvi şəkildə zəhərlənmə müşahidə edilib. Bu günə qədər xəstəxanaya 150-dən çox uşaq gətirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/sehiyye-nazirliyi-sumqayitda-zeherlenmis-30-usagin-mualicesi-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR