Dəmiryolunda qar səfərbərliyi

Dəmiryolunda qar səfərbərliyi
12:01 8 Yanvar 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri havaların kəskinləşməsi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər.

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır.

İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üçt quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir.

Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sistemi normal işləməsi diqqətdə saxlanılır.

Bəzi qısamüddətli gecikmələri nəzərə almasaq, qatarların qəbulu və yola salınması müəyyən olunmuş qrafikə əsasən həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=318408

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR