FİFA BƏƏ-nin xahişi ilə qətərli hakimləri oyundan kənarlaşdırıb

FİFA BƏƏ-nin xahişi ilə qətərli hakimləri oyundan kənarlaşdırıb
11:07 12 İyun 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 iyun. REPORT.AZ/ FİFA Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Tailand yığmaları arasında keçiriləcək 2018-ci il dünya çempionatının seçmə oyununun qətərli hakimlər briqadasını dəyişib. "Report"un məlumatına görə, bu qərar BƏƏ Futbol Assosiasiyasının xahişi əsasında verilib. 
İyunun 13-də Banqkokda təşkil olunacaq qarşılaşmaya sinqapurlu hakimlər təyinat alıb. 
Qeyd edək ki, BƏƏ iyunun 5-də Qətərlə diplomatik münasibətləri kəsən ölkələrdən biridir. 2022-ci il dünya çempionatının təşkilatçılarını terrorçulara dəstəkdə ittiham edirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fi-fa-bee-nin-xahisi-ile-qeterli-hakimleri-oyundan-kenarlasdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR