Bakıda insan alverinə qarşı mübarizə ilə bağlı yeni layihə başladı (FOTO)

Bakıda insan alverinə qarşı mübarizə ilə bağlı yeni layihə başladı (FOTO)
11:08 12 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard və digər rəsmi şəxslər, ictimai xadimlər, millət vəkilləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycanda insan alverinə qarşı mübarizənin uğurlarından, yeni layihənin vacibliyindən bəhs ediblər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2765507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR