Fatimənin imicində dəyişiklik

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva növbəti dəfə foto-kameralar önünə keçib.

Metbuat.az-a açıqlama verən ifaçı bildirib ki, o, yaxın günlərdə imicində yenilik edəcək:

“Hər bir işimi mətbuatla bölüşürəm. Yaxın günlərdə qarşınızda fərqli bir Fatimə görəcəksiniz. Bu dəyişiklik nədən ibarət olduğunu isə indidən deməyəcəm. Əminəm ki, etdiyim bu yeniliyi hər kəs bəyənəcək. Çoxdan idi ki, bu qərarı verməyə çətinlik çəkirdim. Amma artıq risk etdim. Hər kəs şok olacaq”.

F.Fətəliyeva bildirib ki, dəniz kənarında fotosessiya da etdirib:

“Bu, artıq mənim köhnə görünüşümdə sonuncu fotosessiyadır. Növbəti çəkilişlərdə tam başqa cür olacam. Gözləyin”.

Dilarə Zamanova






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR