Prosineçkinin Azərbaycan millisindəki taleyi bu gün müəyyənləşəcək

Prosineçkinin Azərbaycan millisindəki taleyi bu gün müəyyənləşəcək
11:17 12 İyun 2017
30 İdman
Ölkə mətbuatı
A- A+

Baş məşqçi Robert Prosineçkinin futbol üzrə Azərbaycan milli komandasındakı taleyinə bu gün aydınlıq gələ bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssisin özü yerli mətbuata açıqlamasında Türkiyə "Bursaspor"unun sükanı arxasına keçəcəyinə dair xəbərlərə aydınlıq gətirib. Prosineçki AFFA rəhbərliyi ilə görüşündən sonra gələcək addımını müəyyənləşdirəcəyini söyləyib: "2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin sonunadək müqaviləm var. Yəni, dekabradək Azərbaycanda qalmalıyam. Amma hər şeyi bazar ertəsi biləcəyəm. Rəhbərliklə görüşmək niyyətindəyəm. Bu görüşdən sonra gələcəkdə nə edəcəyimi müəyyənləşdirəcəyəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR